https://news.day.az/azerinews/1859850.html Türkiyədə “Təhlükəsiz küçələr” əməliyyatı – 2500-ə yaxın saxlanılan var - FOTO Türkiyədə küçə dəstələri və mütəşəkkil cinayətkar qruplaşmalara qarşı "Təhlükəsiz küçələr" adlı geniş-miqyaslı əməliyyatlar keçirilib. Bu barədə Türkiyənin ədliyyə naziri sosial şəbəkə hesabında Akın Gürlek açıqlama verib. 78 Respublika Baş Prokurorluğunun apardığı araşdırmalar çərçivəsində 2 447 şübhəli barəsində hüquqi tədbir görülüb.

Türkiyədə “Təhlükəsiz küçələr” əməliyyatı – 2500-ə yaxın saxlanılan var - FOTO

Azərbaycanca, 14 сентября 2026 11:27 (UTC +04:00) 157
Türkiyədə “Təhlükəsiz küçələr” əməliyyatı

Türkiyədə küçə dəstələri və mütəşəkkil cinayətkar qruplaşmalara qarşı "Təhlükəsiz küçələr" adlı geniş-miqyaslı əməliyyatlar keçirilib.

Bu barədə Türkiyənin ədliyyə naziri sosial şəbəkə hesabında Akın Gürlek açıqlama verib.

78 Respublika Baş Prokurorluğunun apardığı araşdırmalar çərçivəsində 2 447 şübhəli barəsində hüquqi tədbir görülüb.

Ədliyyə naziri Akın Gürlek sosial media hesabında etdiyi paylaşımda Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi və Daxili İşlər Nazirliyi ilə koordinasiya şəraitində küçə dəstələri və yeni nəsil cinayətkar qruplaşmalara qarşı mübarizənin qətiyyətlə davam etdirildiyini bildirib.

Gürlek milyonlarla şagirdin yeni tədris ili üçün məktəblərə qayıtdığı sentyabrın 14-də səhər saatlarında uşaqların gələcəyini təhdid edən cinayətkar qruplaşmalara qarşı ölkə üzrə "Təhlükəsiz küçələr" əməliyyatlarının başladıldığını açıqlayıb.

Əməliyyatlar çərçivəsində polis və jandarma qüvvələri tərəfindən eyni vaxtda 148 reyd keçirilib.

Gürlek əməliyyatların narkotik vasitələrin qanunsuz dövriyyəsindən quldurluğa, silah alverindən şantaja, çirkli pulların yuyulmasından qanunsuz mərc oyunlarına qədər geniş spektri əhatə edən qruplaşmalara qarşı keçirildiyini bildirib.

  • Türkiyədə “Təhlükəsiz küçələr” əməliyyatı
  • Türkiyədə “Təhlükəsiz küçələr” əməliyyatı
  • Türkiyədə “Təhlükəsiz küçələr” əməliyyatı
  • Türkiyədə “Təhlükəsiz küçələr” əməliyyatı
  • Türkiyədə “Təhlükəsiz küçələr” əməliyyatı
  • Türkiyədə “Təhlükəsiz küçələr” əməliyyatı
  • Türkiyədə “Təhlükəsiz küçələr” əməliyyatı
  • Türkiyədə “Təhlükəsiz küçələr” əməliyyatı
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости