Rusiyadan Ermənistana qaz tədarükü müvəqqəti dayandırılacaq
Rusiyadan Ermənistana təbii qaz tədarükü müvəqqəti dayandırılacaq.
Day.Az xəbər verir ki, Ermənistan KİV-nin məlumatına görə, bu barədə "Qazprom-Armeniya" məlumat yayıb.
Şirkətin məlumatına görə, Rusiya ərazisində "Şimali Qafqaz - Zaqafqaziya" magistral qaz kəmərində planlı profilaktik və təmir işlərinin kompleks şəkildə həyata keçirilməsi ilə əlaqədar sentyabrın 15-dən 25-dək sözügedən qaz kəməri ilə Ermənistana təbii qazın tədarükü müvəqqəti dayandırılacaq.
"Göstərilən müddətdə respublikadakı istehlakçıların qazla təchizatı heç bir məhdudiyyət olmadan daxili ehtiyatlar və İrandan əlavə təbii qaz tədarükü hesabına həyata keçiriləcək", - deyə məlumatda bildirilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре