https://news.day.az/azerinews/1859560.html Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub - FOTO Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub - FOTO

Azərbaycanca, 12 сентября 2026 13:58 (UTC +04:00) 198
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub

Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyəyə səfəri çərçivəsində Pakistan İslam Respublikasının Xaricdə Yaşayan Pakistanlılar və İnsan Resurslarının İnkişafı naziri Çaudri Salik Hüseyn, Nigeriya Diaspor Komissiyasının sədri Abike Dabiri-Erewa və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin sədri Abdullah Eren ilə görüşlər keçirib.

Görüşlərdə Azərbaycanın diaspor siyasəti, xaricdə yaşayan soydaşlarla əlaqələrin möhkəmləndirilməsi, diaspor təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq imkanları, beynəlxalq platformalarda ortaq təşəbbüslərlə çıxış edilməsi, eləcə də Azərbaycan və Türkiyənin qardaşlığının üçüncü ölkələrdə birgə təşviqi istiqamətində fikir mübadiləsi aparılıb.

Komitə sədri beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinin, Azərbaycan diasporunun fəaliyyətinin daha da gücləndirilməsinin və xaricdə yaşayan azərbaycanlıların potensialının vahid məqsədlər ətrafında səfərbər edilməsinin prioritet istiqamətlərdən olduğunu bildirib.

Tərəflər rəhbərlik etdikləri qurumların fəaliyyəti barədə məlumat verərək, Azərbaycanla diaspor sahəsində əməkdaşlığın inkişafında maraqlı olduqlarını ifadə ediblər. Həmçinin mövcud əlaqələrin genişləndirilməsi, yeni birgə layihələrin hazırlanması ilə bağlı razılıq əldə olunub.

Görüşlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədrinin müşaviri Pərviz Məmmədzadə, Pakistanın Türkiyədəki Səfirliyinin üçüncü katibi Mürva Suleyman və digər rəsmi şəxslər iştirak ediblər.

  • Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости