Portuqaliyanın sabiq Prezidenti vəfat etdi

Portuqaliyanın keçmiş Prezidenti Jorji Sampayo 82 yaşında dünyasını dəyişib.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Lissabonda dünyasını dəyişən Jorji Sampayo iki həftə əvvəl tənəffüslə bağlı problemə görə xəstəxanaya yerləşdirilib. Bununla yanaşı, o, uzun müddət ürək xəstəliyindən də əziyyət çəkib. 

Qeyd edək ki, J. Sampayo 1996-2006-cı illər ərzində Portuqaliyanın Prezidenti vəzifəsini icra edib.