Avropada qazın qiymətində rekord yenilənib

Avropa birjalarında təbii qazın qiymətləri min kubmetr üçün min dollardan yuxarı həddə alınıb-satılır.

Day.Az Trend-ə istinadən bildirir ki, Niderlandın TTF habında qazın min kubmetrinin qiyməti 1 040 dollara çatıb.

Qazın qiyməti ötən sutka ilə müqayisədə 8 faiz artıb.

Ötən gün təbii qaz birjalarda rekord vuraraq 1 031 dollar çatmış, daha sonra 950 dollaradək azalmışdı.

Xatırladaq ki, avqustun sonunda təbii qazın min kubmetri 590 dollar idi.