https://news.day.az/azerinews/1547900.html Qanunsuz kömür quyuları ləğv olunub - FOTO

Qanunsuz kömür quyuları ləğv olunub - FOTO

Azərbaycanca, 18 марта 2023 12:28 (UTC +04:00) 647
Qanunsuz kömür quyuları ləğv olunub

Qəbələ və Göygöl rayonlarında qanunsuz kömür quyuları ləğv olunub.

Day.Az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

Dövlət Xidmətinin əməkdaşlarının qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Qəbələ və Göygöl rayonları ərazisində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən 5 kömür quyusu aşkar edilib.

Araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Qəbələ rayonunun Nic kənd sakini Vitali Dallari, Göygöl rayonunun Toğanalı kənd sakinləri Saləddin Həsənov, Akif Məhərrəmov, Azər Qurbanov və Ülfət Həsənov olduğu müəyyən edilib və barələrində qanunamüvafiq tədbirlər görülüb.

Həmin kömür quyuları ləğv olunub.

  • Qanunsuz kömür quyuları ləğv olunub
  • Qanunsuz kömür quyuları ləğv olunub
  • Qanunsuz kömür quyuları ləğv olunub
  • Qanunsuz kömür quyuları ləğv olunub
  • Qanunsuz kömür quyuları ləğv olunub
  • Qanunsuz kömür quyuları ləğv olunub
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости