https://news.day.az/azerinews/1570994.html Amerikadan gətirilən avtomobillər bahalaşacaq... - SƏBƏB - VİDEO Amerikadan gətirilən avtomobillərin qiyməti bahalaşa bilər. Day.Az Xəzər TV-yə istinadən bildirir ki,növbəti aydan Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin keçməsinə görə rüsumları 8.3% artırır. Ekspertlər hesab edir ki, bu hal ölkəmizə Amerikadan idxal olunan avtomobillərin qiymətinə təsir edə bilər.

Amerikadan gətirilən avtomobillər bahalaşacaq... - SƏBƏB - VİDEO

Azərbaycanca, 6 июня 2023 14:19 (UTC +04:00) 2 519
Amerikadan gətirilən avtomobillər bahalaşacaq...

Amerikadan gətirilən avtomobillərin qiyməti bahalaşa bilər.

Day.Az Xəzər TV-yə istinadən bildirir ki,növbəti aydan Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin keçməsinə görə rüsumları 8.3% artırır.

Ekspertlər hesab edir ki, bu hal ölkəmizə Amerikadan idxal olunan avtomobillərin qiymətinə təsir edə bilər.

"İqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, sözügedən avtomobillərin daşınma xərcləri 200 dollara yaxın arta bilər."

Xaricdən gətirilən avtomobillər üzrə ekspert Hüseyn Məmmədli isə deyir ki, ötən ilin sonunda da Türkiyənin həmin boğazlarda sözügedən rüsumu artırılması hiss olunan dərəcədə qiymət fərqinə səbəb olmuşdu.

Hüseyn Məmmədli bildirib ki, gəmiyə tətbiq olunan rüsum artımı çox az olduğundan onu avtomobil başına hesablayanda çox az fərq edir. Bu isə hazırki bazarda mütşərilərin qiymətdən narazılığına səbəb olmur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости