https://news.day.az/azerinews/1599381.html Türkiyə Azərbaycanın suveren ərazilərində həyata keçirdiyi legitim addımları dəstəkləyir - Hakan Fidan Hər zaman olduğu kimi Azərbaycanın suveren ərazilərində həyata keçirdiyi legitim addımları dəstəkləyirik. Day.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 19-da Nyu-York şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.

Türkiyə Azərbaycanın suveren ərazilərində həyata keçirdiyi legitim addımları dəstəkləyir - Hakan Fidan

Azərbaycanca, 20 сентября 2023 00:01 (UTC +04:00) 698
Türkiyə Azərbaycanın suveren ərazilərində həyata keçirdiyi legitim addımları dəstəkləyir

Hər zaman olduğu kimi Azərbaycanın suveren ərazilərində həyata keçirdiyi legitim addımları dəstəkləyirik.

Day.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 19-da Nyu-York şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.

Nazirlər Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik əlaqələrdən irəli gələn məsələləri, eləcə də bölgəmizdəki son vəziyyəti müzakirə ediblər.

C.Bayramov həmkarını regiondakı son vəziyyət və Azərbaycan tərəfindən başladılan lokal anti-terror əməliyyatı barədə məlumatlandırıb və bu əməliyyatı şərtləndirən amilləri diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости