Strateji əhəmiyyətə malik bu ərazilər Ordumuzun nəzarətinə keçdi - YENİ DETALLAR - VİDEO
Strateji əhəmiyyətə malik Sərsəng su anbarı Azərbaycan Ordusunun nəzarətinə keçib.
Day.Az bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
1976-cı ildə Tərtər çayının üzərində inşa edilmiş, tutumu 565 milyon kubmetr olan su anbarı bəndinin hündürlüyünə görə ölkənin ən yüksək anbarlarından biridir.
Ekoloq Qəmzə Yusibova bildirib ki, işğal dövründə su anbarından aidiyyəti üzrə istifadə olunmayıb. Onun sözlərinə görə, su anbarı vaxtilə Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının böyük torpaq sahəsini suvarma suyu ilə təmin edib. Ermənilər anbarın üzərində yerləşən su elektrik stasiyasından enerji istehsal edərkən kimyəvi tulantıları su hövzəsinə axıdaraq anbarı ekoloji fəalkətlə üz-üzə qoyublar.
Separatçı rejim tərəfindən 30 il talanan Qızılbulaq yatağı da Azərbaycan Ordusunun nəzarətinə keçib.
Ekoloq deyib ki, ermənilər yatağı istismar edərək öz məqsədləri üçün istifadə ediblər. Şuşa-Xankəndi yolunda keçirilmiş ekoloji aksiyanının əsas səbəblərindən biri də məhz Qızılbulaq yatağı olmuşdur.
O əlavə edib ki, Azərbaycan Qarabağda mühüm obyektləri nəzarətə götürməklə burada törədilmiş ekoloji cinayətlərə özü son qoyacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре