https://news.day.az/azerinews/1618723.html Bakı-Sumqayıt yolunda tıxac problemi bitir? - VİDEOMÜSAHİBƏ Sumqayıt şəhərindən Bakı şəhəri istiqamətində təşkil edilmiş avtobus zolağının effektivliyi nəzərə alınaraq, eyni zamanda görülən işlərin davamı olaraq, əks istiqamətdə də xüsusi hərəkət zolağının təşkili həyata keçirilir.

Bakı-Sumqayıt yolunda tıxac problemi bitir? - VİDEOMÜSAHİBƏ

Azərbaycanca, 1 декабря 2023 18:14 (UTC +04:00) 2 272
Bakı-Sumqayıt yolunda tıxac problemi bitir?

Sumqayıt şəhərindən Bakı şəhəri istiqamətində təşkil edilmiş avtobus zolağının effektivliyi nəzərə alınaraq, eyni zamanda görülən işlərin davamı olaraq, əks istiqamətdə də xüsusi hərəkət zolağının təşkili həyata keçirilir.

Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.

Bəs, həmin istiqamətdə avtobuslar üçün hərəkət zolağının çəkilməsi tıxaclara necə təsir edəcək?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, ümumi tıxac meqapolislərdə gözlənilən bir haldır.

O qeyd edib ki, əsas məsələ tıxacın alternativləri olub-olmamasıdır.

"Çəkilən avtobus zolağı həmin alternativlərdən biridir. İctimai nəqliyyat tıxacda dayanmamalıdır. Onların üstünlüyünün təmin olunması və ayrılması üçün avtobus zolağı şəbəkəsi olmalıdır. Bu zolaq şəbəkəsinə sərt şəkildə nəzarət edilməlidir", - deyə o, əlavə edib.

Geniş videomüsahibəni təqdim edirik:

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости