https://news.day.az/azerinews/1619530.html Prezident İlham Əliyev energetika ilə bağlı qanunu təsdiqlədi Prezident İlham Əliyev "Energetika haqqında" Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1006-VIQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Prezident İlham Əliyev energetika ilə bağlı qanunu təsdiqlədi

Azərbaycanca, 5 декабря 2023 14:22 (UTC +04:00) 633
Prezident İlham Əliyev energetika ilə bağlı qanunu təsdiqlədi

Prezident İlham Əliyev "Energetika haqqında" Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1006-VIQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Energetika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, həmin Qanuna uyğun olaraq, enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət qaydasını beş ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Qanunun mətni ilə linkdə tanış ola bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости