İşğaldan azad edilən ərazilərdə daha 195 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) icra olunan əməliyyatlar barədə həftəlik məlumatında deyilir.

Qeyd edilib ki, azad olunan ərazilərdə 5-11 fevral 2024-cü il tarixi ərzində 33 tank əleyhinə mina, 162 piyada əleyhinə mina, 836 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin, 908.9 hektar ərazi minalardan təmizlənib.

Bildirilib ki,minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.