https://news.day.az/azerinews/1636716.html İordaniyanın Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir: "Zati-aliləri.

İordaniyanın Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Azərbaycanca, 12 февраля 2024 17:41 (UTC +04:00) 621
İordaniyanın Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Sizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram. Bu, Sizin liderliyinizə olan böyük inamın təsdiqidir.

İordaniya Krallığı xalqlarımızın maraqları naminə ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələrini və dostluğu daha da inkişaf etdirmək üçün Zati-alinizlə işləməkdə davam etməyə ümidvardır.

Sizə davamlı uğurlar və möhkəm cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости