https://news.day.az/azerinews/1641662.html Havadarları Ermənistanı süquta sürükləyir - VİDEOMÜSAHİBƏ 28-29 fevral 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov və erməni həmkarı Ararat Mirzoyan arasında Almaniyanın paytaxtı Berlin şəhərində Villa Borsiqdə danışıqlar aparılıb.

Havadarları Ermənistanı süquta sürükləyir - VİDEOMÜSAHİBƏ

Azərbaycanca, 1 марта 2024 18:47 (UTC +04:00) 2 404
Havadarları Ermənistanı süquta sürükləyir

28-29 fevral 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov və erməni həmkarı Ararat Mirzoyan arasında Almaniyanın paytaxtı Berlin şəhərində Villa Borsiqdə danışıqlar aparılıb.

Nazirlər və onların heyətləri arasında "Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş" layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib. Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd olunub.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən siyasi şərhçi Elşad Həsənov bildirib ki, sülh müqaviləsi üzrə danışıqlar prosesi məhz Ermənistan tərəfindən törədilən təxribat nəticəsində dayanmışdı.

"Ermənistanın havadarları onu müharibəyə sürükləyir ki, bu da Ermənistana yaxşı heç nə vəd etmir. Əgər Ermənistan Azərbaycanla sülh bağlasa, Ermənistan digər ölkələr kimi inkişaf edəcək", - deyə o əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости