https://news.day.az/azerinews/1652927.html Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir. Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.

Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI

Azərbaycanca, 18 апреля 2024 11:16 (UTC +04:00) 376
Aytən Səfərovanın son vəziyyəti

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnozu ilə Mərkəzin Neyrocərrahiyə şöbəsinə yerləşdirilən A.Səfərovanın vəziyyəti orta ağır, stabil olaraq qalır.

Xatırladaq ki, aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə Aytən Səfərovanın (Piriyeva) idarə etdiyi avtomobil toqquşub. Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости