https://news.day.az/azerinews/1653099.html Kürdə batan azyaşlı qızla bağlı ürəkdağlayan fakt - VİDEO Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, "Azad Azərbaycan" Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub. "Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər.

Kürdə batan azyaşlı qızla bağlı ürəkdağlayan fakt - VİDEO

Azərbaycanca, 18 апреля 2024 17:43 (UTC +04:00) 464
Kürdə batan azyaşlı qızla bağlı ürəkdağlayan fakt

Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, "Azad Azərbaycan" Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub.

"Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar", - deyə bildirilib.

Qeyd edək ki, Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü Səma və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su mühərrikinin yanında istirahət edirlərmiş. Bu zaman altı yaşlı Səma suya yıxılıb. Atası qızını xilas etmək üçün onun ardınca suya tullansa da, o da batıb.

Ətraflı videoda:

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости