https://news.day.az/azerinews/1673936.html Qanunsuz aksiyaların qarşısının alınması üçün bütün tədbirlər görüləcək - Oqtay Kərimov Şəhər və rayon polis bölmələrində seçkiyə qədər vətəndaşların siyahısı dəqiqləşdirilir.Day.Az xəbər verir ki, bunu daxili işlər nazirinin müavini Oqtay Kərimov Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib."Polis gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Qanunsuz aksiyaların qarşısının alınması üçün bütün tədbirlər görüləcək - Oqtay Kərimov

Azərbaycanca, 10 июля 2024 12:45 (UTC +04:00) 598
Qanunsuz aksiyaların qarşısının alınması üçün bütün tədbirlər görüləcək

Şəhər və rayon polis bölmələrində seçkiyə qədər vətəndaşların siyahısı dəqiqləşdirilir.

Day.Az xəbər verir ki, bunu daxili işlər nazirinin müavini Oqtay Kərimov Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Oqtay Kərimov bildirib ki, ölən, son vaxtlar ölkədən gedən və ölkəyə gələn vətəndaşların siyahısı da dəqiqləşdirilir:

"Polis gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Polisin fəaliyyəti ilə bağlı qaldırılan bütün məsələlər dərhal öz həllini tapacaq. Seçkiqabağı təşviqat materiallarının yayılmasına mane olan halların qarşısı alınacaq. Polis orqanlarına daxil olmuş müraciətlərə təxirə salınmadan baxılıb, cavablandırılacaq.

Seçki bitəndən sonra bülletenlər və seçki protokolları polisin müşayiəti ilə aparılacaq. Qanunsuz aksiyaların, ictimai asayişin pozulması hallarının qarşısının alınması üçün bütün tədbirlər görüləcək".

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости