Deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlandı

806 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.
Day.Az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib
O qeyd edib ki, deputatlığa namizədliyi irəli sürülən 532 nəfərin namizədliyi təsdiqlənib, onlardan 451 nəfərə imza vərəqi verilib:
"31 nəfər imza vərəqələrini dolduraraq namizədliyin qeydə alınması üçün geri qaytarıb. Dörd nəfərin namizədliyi qeydə alınıb".
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре