https://news.day.az/azerinews/1677009.html “KOB FEST” sərgi-satış yarmarkası bu dəfə Gəncədə Gəncə "KOB FEST"də məhsul və xidmətlərini nümayiş etdirmək istəyən sahibkarlar iyulun 31-dək KOBİA-ya müraciət edə bilərlər. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə 6-8 avqust tarixlərində Gəncə şəhərində "KOB FEST" sərgi-satış yarmarkası keçiriləcək.

“KOB FEST” sərgi-satış yarmarkası bu dəfə Gəncədə

Azərbaycanca, 24 июля 2024 13:40 (UTC +04:00) 680
“KOB FEST” sərgi-satış yarmarkası bu dəfə Gəncədə

Gəncə "KOB FEST"də məhsul və xidmətlərini nümayiş etdirmək istəyən sahibkarlar iyulun 31-dək KOBİA-ya müraciət edə bilərlər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə 6-8 avqust tarixlərində Gəncə şəhərində "KOB FEST" sərgi-satış yarmarkası keçiriləcək. 

Yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Gəncə və ətraf bölgələrdən olan KOB subyektləri iyulun 31-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 ("İştirak etmək istədiyiniz tədbir" bölümündə "KOB Fest - Gəncə" qeyd olunmalıdır). 

Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur.

"KOB FEST" sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını genişləndirməkdir. Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunacaqdır.

Qeyd edək ki, 2024-cü il ərzində artıq Göygöl və Şəki şəhərlərində "KOB FEST" sərgi-satış yarmarkaları təşkil olunub. Bu yarmarkalarda 170-dən çox KOB subyektinin məhsul və xidmətləri təqdim edilib və satışı həyata keçirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости