Zvartnots aeroportunda rus sərhədçilərinin yola salınma mərasimi keçirilir

İrəvanın "Zvartnots" hava limanında Rusiya sərhədçilərinin çıxarılması ilə bağlı mərasim keçirilir.
Day.Az bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.
Qeyd edək ki, ötən gün Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Rusiya sərhədçilərinin ölkəni tərk etməsi ilə əlaqədar sərhədə nəzarət üçün əlavə qüvvələr cəlb edəcəyini açıqlayıb.
Xatırladaq ki, bir qədər Ermənistan Milli Yığıncağının sədri Alen Simonyan Rusiya sərhədçilərinin İrəvanda yerləşən Zvartnots hava limanında fəaliyyətini dayandırmalı olduğunu bildirib.
"Mən Rusiya sərhədçilərinin Zvartnots hava limanından çıxarılması məsələsinin müzakirəsində iştirak etməmişəm, lakin fikrimcə, onların oradan getməsi düzgün olar", - deyə Simonyan jurnalistlərə deyib.
Bundan başqa, Simonyan Rusiya sərhədçilərinin lazım gələrsə Ermənistan sərhədlərini qoruyacağına şübhə etdiyini də əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре