https://news.day.az/azerinews/1678928.html Prezident İlham Əliyev milli bayram münasibətilə isveçrəli həmkarını təbrik edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Prezident Viola Amherdi təbrik edib.Azərbaycan Prezidenti belə bir əlamətdar gündə isveçrəli həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, İsveçrə Konfederasiyasına daim rifah və firavanlıq diləyib.

Prezident İlham Əliyev milli bayram münasibətilə isveçrəli həmkarını təbrik edib

Azərbaycanca, 1 августа 2024 11:23 (UTC +04:00) 606
Prezident İlham Əliyev milli bayram münasibətilə isveçrəli həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Prezident Viola Amherdi təbrik edib.

AZƏRTAC xəbər verir ki, milli bayram münasibətilə xanım Prezidentə və bütün xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından səmimi təbriklərini çatdıran dövlətimizin başçısı qeyd edib: "İnanıram ki, Azərbaycan ilə İsveçrə arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir. Ölkəmizin noyabr ayında ev sahibliyi edəcəyi COP29 çərçivəsində iqlim dəyişmələri ilə mübarizə sahəsində İsveçrə ilə sıx əməkdaşlıq edəcəyimizə ümidvaram".

Azərbaycan Prezidenti belə bir əlamətdar gündə isveçrəli həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, İsveçrə Konfederasiyasına daim rifah və firavanlıq diləyib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости