https://news.day.az/azerinews/1689985.html Oktyabrdan bu şəxslərin maaşı 200 manata yaxın artacaq "Xaliq Faiqoğlu" şirkəti xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması və əməkdaşların sosial rifahının yüksəldilməsi məqsədilə sürücülərə ödənilən aylıq əməkhaqqını artırıb.Bundan əlavə əmək fəaliyyətində fərqlənən sürücülərə birdəfəlik mükafatların verilməsi nəzərdə tutulur.

Oktyabrdan bu şəxslərin maaşı 200 manata yaxın artacaq

Azərbaycanca, 17 сентября 2024 09:33 (UTC +04:00) 1 300
Oktyabrdan bu şəxslərin maaşı 200 manata yaxın

"Xaliq Faiqoğlu" şirkəti xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması və əməkdaşların sosial rifahının yüksəldilməsi məqsədilə sürücülərə ödənilən aylıq əməkhaqqını artırıb.

Day.Az titul.az-a istinadən xəbər verir ki, şirkətin idarə heyətinin müvafiq qərarı ilə, 01.10.2024-cü ildən etibarən istismar edilən müntəzəm marşrut xətləri üzrə sürücülərin aylıq məvacibi ortatutumlu avtobuslarda 1098 manat, iritutumlu avtobuslarda 1252 manat, xüsusilə iritutumlu avtobuslarda isə 1424 manat (1 növbə üzrə) müəyyən edilib.

Bundan əlavə əmək fəaliyyətində fərqlənən sürücülərə birdəfəlik mükafatların verilməsi nəzərdə tutulur.

"Xaliq Faiqoğlu" şirkətindən bildirilib ki, sürücülərin sosial rifahının yaxşılaşdırılması, sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости