Bakı metrosunda vaqonunun qapısında texniki nasazlıq yarandı

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "28 May" stansiyasında ikən bir vaqonunun qapısında texniki nasazlıq yaranıb.

Day.Az xəbər verir ki, bu barədə metropoliten məlumat yayıb.

Bildirilir ki, Metropolitenin normativ tələblərinə uyğun olaraq sərnişinlərin düşürülməsi zərurəti yaranıb.

"Lakin stansiyada sərnişin sıxlığı səbəbilə sərnişinlərin qatardan düşürülməsi prosesi 10 dəqiqə davam edib. Qatar depoya yola salınıb. Əvəzinə dərhal ehtiyat qatar verilib. Ümumən, hər iki xətt üzrə intervaldan əlavə 11 dəqiqə yubanma var", - məlumatda qeyd olunub.