Milli Gimnastika Arenasının şəraiti yaxşı məşq etməyə imkan verir

Milli Gimnastika Arenasının şəraiti bizə yaxşı məşq etməyə imkan verir.

Day.Az xəbər verir ki, bunu Trend-ə Bakıda ilk dəfə keçirilən "TeamGym" üzrə 15-ci Avropa çempionatında iştirak edən islandiyalı gimnast Markus Palsen deyib.

O qeyd edib ki, arena bütün lazımi avadanlıqlarla təchiz edilib.

İdmançı bildirib ki, yarışda güclü idmançılar iştirak edir.

"Turnirdə qızğın mübarizə gedir. Demək olar ki, burada Avropanın ən güclü komandaları yarışır. Öz komandamızı da ən yaxşılardan biri hesab edirəm. Məqsədimiz medal qazanmaqdır", - deyə o əlavə edib.