Bakıda gəmi gəzintisinin qiymətləri məlum olub

Gəminin qiymətlərinə gəlincə insanların marağını, uzun müddət gözləməsini nəzərə alaraq Dənizkənarı Bulvar İdarəsi əvvəlki qiymətlərin saxlanılması qərarını verdi.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva deyib.

O vurğulayıb ki, qiymətlər gəmidə yerinə görə 5-10 manat arasında dəyişir.

"Bu qiymətlər 2015-ci ildə müəyyənləşən qiymətlərdir. Nəzərə çatdıraq ki, gəminin istismar xərclərinin artmasına baxmayaraq qiymətlər 10 il əvvəlki qiymətlər olaraq saxlanıldı. Bundan əlavə 6 yaşına qədər uşaqlar üçün gəmidə gəzinti tam ödənişsizdir.

Su nəqliyyatında təhlükəsizliyi Polis İdarəsi və Dənizkənarı Bulvar İdarəsinin Mühafizə Xidməti təmin edir",-deyə Ə. Mehdiyeva deyib.