https://news.day.az/azerinews/1714625.html
Messinin Bakıda imzaladığı və pulsuz payladığı top 5000 manata satışa qoyuldu
Xəbər verdiyimiz kimi, dünya futbolunun əfsanəsi, argentinalı futbol ulduzu Lionel Messi və onun komanda yoldaşları Luis Suarez, Serxio Buskets və Xordi Alba Bakıya qonaq gəliblər. Day.Az Qlobal.net-ə istinadən xəbər verir ki, ulduz futbolçular dekabrın 11-də Bakı Kristal Zalda azarkeşlərlə görüşüblər.
Messinin Bakıda imzaladığı və pulsuz payladığı top 5000 manata satışa qoyuldu

Xəbər verdiyimiz kimi, dünya futbolunun əfsanəsi, argentinalı futbol ulduzu Lionel Messi və onun komanda yoldaşları Luis Suarez, Serxio Buskets və Xordi Alba Bakıya qonaq gəliblər.
Day.Az Qlobal.net-ə istinadən xəbər verir ki, ulduz futbolçular dekabrın 11-də Bakı Kristal Zalda azarkeşlərlə görüşüblər. Görüşdə Messi və komanda yoldaşları imzalı topları azarkeşlərə hədiyyə ediblər. Həmin topları bir neçə azərbaycanlı azarkeş elan saytlarında satışa çıxarıb. Elanda göstərilir ki, Messinin imzaladığı topun satış qiyməti 5000 manatdır.
Qeyd edək ki, tədbirin bilet satışından əldə olunan vəsait xeyriyyə məqsədinə yönəldiləcək.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре