Xaçmaz və Quba rayonlarında yanğınlar söndürülüb

Xaçmaz rayonunun Qalağan və Canaxır kəndlərində açıq ərazidə, Quba rayonunun Küsnət kəndində isə mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib.

Day.Az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Yanğınların qarşısının alınması üçün FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Küləkli hava şəraitinə baxmayaraq, alovun geniş ərazilərə yayılmasının qarşısı alınıb və yanğınlar tam söndürülüb.