Horadiz-Ağbənd dəmir yolu xəttində tikinti-quraşdırma işlərinin 70%-i tamamlanıb

Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi və tikinti işləri davam etdilir.

Day.Az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətindən (QSC) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 85%-i, tikinti-quraşdırma işlərinin isə 70%-i yerinə yetirilib.

Qeyd edilib ki, dəmir yolunun uzunluğu 110,4 km, yan yollarla birlikdə 140,6 km təşkil edir.

Layihə çərçivəsində 8 stansiya, 594 mühəndis qurğusu, o cümlədən 40 ədəd körpü və 4 tunelin tikintisi nəzərdə tutulur.