https://news.day.az/azerinews/1837155.html Prezident: Kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır Bu yaxınlarda Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun müzakirələrində də bu öz əksini tapmışdır, - genişmiqyaslı urbanizasiya, yəni kəndlərdən şəhərlərə olan axın. Bu, təkcə ölkəmiz üçün deyil, bütün ölkələr üçün xas olan mənfi meyildir.

Prezident: Kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır

Azərbaycanca, 25 мая 2026 16:14 (UTC +04:00) 248
Prezident: Kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır

Bu yaxınlarda Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun müzakirələrində də bu öz əksini tapmışdır, - genişmiqyaslı urbanizasiya, yəni kəndlərdən şəhərlərə olan axın. Bu, təkcə ölkəmiz üçün deyil, bütün ölkələr üçün xas olan mənfi meyildir.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirib.

Bəzi ölkələrin bu məsələnin həlli üçün imkan tapa, yaxud da ki, düzgün strategiya işləyə bilmədiyini bildirən dövlətimizin başçısı bildirib: "Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости