https://news.day.az/azerinews/1840099.html 888 uşaq övladlığa verilib 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən icra olunan övladlığagötürmə mexanizmi çərçivəsində ümumilikdə 888 uşaq övladlığa verilib. Day.Az xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

888 uşaq övladlığa verilib

Azərbaycanca, 8 июня 2026 16:23 (UTC +04:00) 312
888 uşaq övladlığa verilib

2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən icra olunan övladlığagötürmə mexanizmi çərçivəsində ümumilikdə 888 uşaq övladlığa verilib.

Day.Az xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, valideyn himayəsindən məhrum olmuş uşaqların ailə qayğısı ilə əhatə edilməsi, övladlığa və himayədar ailələrə verilməsi istiqamətində ƏƏSMN tərəfindən ardıcıl tədbirlər görülür. Nazirliyin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə" altsistemi vasitəsilə bu sahədə proseslərin şəffaf, operativ və effektiv şəkildə təşkili təmin edilir.

Qeyd edək ki, övladlığa uşaq götürmək istəyən valideyn-namizədlər müraciət qaydaları ilə nazirliyin "e-sosial.az" internet portalında tanış ola bilərlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости