DÇ-2026: 1/16 finalın bütün cütləri müəyyənləşib

Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsinin bütün cütləri müəyyənləşib. Bazar gününə keçən gecə turnirin qrup mərhələsinin son oyunları başa çatıb.

Day.Az Trend-ə istinadən bildirir ki, pley-offun ilk mərhələsində aşağıdakı qarşılaşmalar keçiriləcək:

Almaniya - Paraqvay (29 iyun, Foksboro), Fransa - İsveç (1 iyul, İst-Raterford), Cənubi Afrika Respublikası - Kanada (28 iyun, İnqlvud), Niderland - Mərakeş (30 iyun, Monterrey), Portuqaliya - Xorvatiya (3 iyul, Toronto), İspaniya - Avstriya (2 iyul, İnqlvud), ABŞ - Bosniya və Herseqovina (2 iyul, Santa-Klara), Belçika - Seneqal (1 iyul, Sietl), Braziliya - Yaponiya (29 iyun, Hyuston), Kot-d'İvuar - Norveç (30 iyun, Arlinqton), Meksika - Ekvador (1 iyul, Mexiko), İngiltərə - Konqo Demokratik Respublikası (1 iyul, Atlanta), Argentina - Kabo-Verde (4 iyul, Mayami), Avstraliya - Misir (3 iyul, Arlinqton), İsveçrə - Əlcəzair (3 iyul, Vankuver), Kolumbiya - Qana (4 iyul, Kanzas-Siti).

Qeyd edək ki, futbol üzrə dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi turnir iyulun 19-da başa çatacaq.