https://news.day.az/azerinews/1853644.html Bu ilin ikinci Günəş tutulması başlayıb Bu ilin ikinci və sonuncu Günəş tutulması başlayıb. Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, Günəş tutulması Bakı vaxtı ilə saat 19:34-də başlayıb və 23:57-də başa çatacaq. Tutulmanın maksimum fazası saat 21:46-da qeydə alınacaq.

Bu ilin ikinci Günəş tutulması başlayıb

Azərbaycanca, 12 августа 2026 20:16 (UTC +04:00) 181
Bu ilin ikinci Günəş tutulması başlayıb

Bu ilin ikinci və sonuncu Günəş tutulması başlayıb.

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, Günəş tutulması Bakı vaxtı ilə saat 19:34-də başlayıb və 23:57-də başa çatacaq.

Tutulmanın maksimum fazası saat 21:46-da qeydə alınacaq. Ümumilikdə təxminən 5 saat davam edəcək hadisə zamanı Günəş diskinin tam örtülməsi təqribən 7 dəqiqə çəkəcək.

 

Məlumata görə, tam Günəş tutulması bir sıra ölkələrdən müşahidə ediləcək. Tutulmanın tam fazası İslandiya, İspaniya, Portuqaliyanın şimal-qərbi, Qrenlandiya və Atlantik okeanının şimal hissəsindən keçən zolaqda müşahidə olunacaq. Qismən Günəş tutulması isə Avropanın böyük hissəsində, Şimali Amerikanın bəzi bölgələrində, Sakit okeanın bir hissəsində və Afrikanın şimal-qərbində görünəcək.

Azərbaycandan isə bu tutulmanı müşahidə etmək mümkün olmayacaq. Ölkəmizdən müşahidə edilən son Günəş tutulması 25 oktyabr 2022-ci ildə baş verən qismən Günəş tutulması olub. Azərbaycandan növbəti müşahidə edilə biləcək tutulma 2 avqust 2027-ci ildə baş verəcək. Həmin hadisə tam Günəş tutulması olacaq, lakin Azərbaycan tam kölgə zolağından kənarda qalacağı üçün ölkə ərazisindən yalnız qismən tutulma fazasını izləmək mümkün olacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости