https://news.day.az/azerinews/1854915.html Tez yuxuya getmək üçün gecə kitab oxumaq tövsiyə edilir Neyrobioloq Laura Boyarskayte daha rahat və tez yuxuya getmək üçün yatmazdan əvvəl kitab oxumağı məsləhət görüb. Day.Az xəbər verir ki, onun sözlərinə görə, bu vərdiş insanın diqqətini gündəlik qayğılardan və telefondan yayındıraraq zehni sakitləşdirə bilər.

Tez yuxuya getmək üçün gecə kitab oxumaq tövsiyə edilir

Azərbaycanca, 20 августа 2026 02:29 (UTC +04:00) 106
Tez yuxuya getmək üçün gecə kitab oxumaq tövsiyə edilir

Neyrobioloq Laura Boyarskayte daha rahat və tez yuxuya getmək üçün yatmazdan əvvəl kitab oxumağı məsləhət görüb.

Day.Az xəbər verir ki, onun sözlərinə görə, bu vərdiş insanın diqqətini gündəlik qayğılardan və telefondan yayındıraraq zehni sakitləşdirə bilər.

Mütəxəssis bildirib ki, kitab oxumaq birbaşa yuxu gətirməsə də, yatmağa mane olan düşüncələrin azalmasına kömək edir. Xüsusilə gərgin söhbətləri və sabahkı işləri düşünmək əvəzinə diqqəti oxuya yönəltmək faydalıdır.

Boyarskayte yatmazdan əvvəl sakit süjetli kitabların seçilməsini tövsiyə edib. Onun fikrincə, kitab maraqlı olmalı, lakin insanda həyəcan və gərginlik yaratmamalıdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости