https://news.day.az/azerinews/1854917.html
Qırmızı, yoxsa yaşıl alma: Hansı daha faydalıdır?
Terapevt və diyetoloq Kerolin Nyuberri qırmızı və yaşıl almaların faydalarını müqayisə edib. Day.Az xəbər verir ki, onun sözlərinə görə, hər iki alma növü lif, C vitamini, kalium və antioksidantlarla zəngindir.
Qırmızı, yoxsa yaşıl alma: Hansı daha faydalıdır?
Terapevt və diyetoloq Kerolin Nyuberri qırmızı və yaşıl almaların faydalarını müqayisə edib.
Day.Az xəbər verir ki, onun sözlərinə görə, hər iki alma növü lif, C vitamini, kalium və antioksidantlarla zəngindir.
Qırmızı almalardakı antosiyaninlər ürək və beyin sağlamlığına, yaşıl almalardakı xlorofil isə oksidləşdirici stresin azalmasına kömək edir. Yaşıl almaların şəkər və kalori miqdarı isə bir qədər aşağıdır.
Mütəxəssis az şəkərli və az karbohidratlı pəhriz saxlayanlara yaşıl alma yeməyi tövsiyə edir. O, həmçinin lif və antioksidantların əhəmiyyətli hissəsi qabıqda olduğu üçün almanı qabığı ilə yeməyi məsləhət görür.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре