Yod çatışmazlığı ciddi sağlamlıq problemlərinə səbəb ola bilər
Yod qalxanabənzər vəzinin hormon istehsalı üçün vacib elementdir. Orqanizm yodu özü hazırlamadığı üçün onu qida vasitəsilə qəbul etmək lazımdır.
Day.Az xəbər verir ki, həm yod çatışmazlığı, həm də həddindən artıq qəbulu qalxanabənzər vəzinin fəaliyyətinə mənfi təsir göstərə bilər.
Yod çatışmazlığı zamanı qalxanabənzər vəz böyüyərək zob yarada bilər. Boğazda sıxılma, udma və nəfəs almaqda çətinlik, səsdə batıqlıq, quru dəri, saçlarda dəyişiklik, halsızlıq və maddələr mübadiləsinin yavaşlaması da müşahidə oluna bilər.
Yod mənbələri arasında treska və tuna kimi balıqlar, karides, dəniz yosunu, süd və süd məhsulları yer alır. Yod çatışmazlığının qarşısını almaq üçün yodlaşdırılmış duzdan istifadə etmək tövsiyə olunur, lakin yod əlavələri həkim məsləhəti olmadan qəbul edilməməlidir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре