https://news.day.az/azerinews/1856072.html Prezident İlham Əliyev qələbə münasibətilə “Sabah” futbol klubunu təbrik edib Prezident İlham Əliyev "Sabah" futbol klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" sosial şəbəkə hesabında paylaşım edilib. Paylaşımda qeyd olunub.

Prezident İlham Əliyev qələbə münasibətilə “Sabah” futbol klubunu təbrik edib

Azərbaycanca, 26 августа 2026 11:03 (UTC +04:00) 127
Prezident İlham Əliyev qələbə münasibətilə “Sabah” futbol klubunu təbrik edib

Prezident İlham Əliyev "Sabah" futbol klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" sosial şəbəkə hesabında paylaşım edilib. Paylaşımda qeyd olunub.

""Sabah" futbol klubunu möhtəşəm zəfər qazanaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə ürəkdən təbrik edirəm. Yeni yaradılmış bir komandanın qısa müddət ərzində belə böyük nailiyyətə imza atması xüsusi sevinc və qürur doğurur. Klublarımızın ardıcıl ikinci dəfə dünyanın ən güclü klub turnirinin əsas mərhələsində mübarizə aparmaq hüququ qazanması Azərbaycanın bütün sahələrdə əldə etdiyi tərəqqinin, ölkəmizin idman dövləti kimi mövqeyinin daha bir bariz göstəricisidir. "Sabah" klubuna qarşıdakı matçlarda yeni-yeni qələbələr və uğurlar arzulayıram!".

  • Prezident İlham Əliyev qələbə münasibətilə “Sabah” futbol klubunu təbrik edib
  • Prezident İlham Əliyev qələbə münasibətilə “Sabah” futbol klubunu təbrik edib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости