Ötən gün 25 nəfər saxlanılıb
Avqustun 25-də axtarışda olan şəxslər saxlanılıb, qanunsuz silah-sursat və narkotik vasitələr aşkarlanıb.
Day.Az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdiklərinə görə itkin düşmüş kimi axtarışları aparılan 20 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin dələduzluğa görə axtarışda olan 5 nəfər polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Keçirilən əməliyyat tədbirləri zamanı ümumi çəkisi 1,3 kiloqram narkotik vasitə və psixotrop tərkibli 22 həb aşkar edilərək götürülüb.
Bundan başqa, paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat, 1 tapança, 4 tüfəng və müxtəlif çaplı 313 patron aşkarlanaraq götürülüb.
Qanunsuz saxlanılan odlu silah-sursatın və narkotik vasitələrin aşkar edilərək götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре