https://news.day.az/azerinews/1856095.html Sabah bu ərazilərdə leysan olacaq - Proqnoz Avqustun 27-də Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi bölgələrdə yağış və küləkli hava müşahidə oluna bilər. Day.Az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağıntı gözlənilmir.

Sabah bu ərazilərdə leysan olacaq - Proqnoz

Azərbaycanca, 26 августа 2026 13:10 (UTC +04:00) 121
Sabah bu ərazilərdə leysan olacaq

Avqustun 27-də Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi bölgələrdə yağış və küləkli hava müşahidə oluna bilər.

Day.Az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağıntı gözlənilmir. Şimal-qərb küləyi arabir güclənəcək.

Paytaxt və Abşeron yarımadasında havanın temperaturu gecə 21-24°, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz isə 45-50% olacaq.

Rayonlarda hava şəraiti

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Bununla belə, bəzi dağlıq və dağətəyi ərazilərdə fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli yağıntıların düşəcəyi, şimşək çaxacağı və dolu yağacağı ehtimal olunur.

Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26°, gündüz 31-36° isti olacaq. Dağlıq ərazilərdə gecə 13-18°, gündüz isə 20-25° isti təşkil edəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости