https://news.day.az/azerinews/1856363.html SOCAR Çin İxrac-İdxal Bankı ilə əməkdaşlığı müzakirə edib - FOTO Avqustun 27-də SOCAR-ın prezidenti Rövşən Nəcəf Çin İxrac-İdxal Bankının vitse-prezidenti Vanq Kanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Day.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

SOCAR Çin İxrac-İdxal Bankı ilə əməkdaşlığı müzakirə edib - FOTO

Azərbaycanca, 27 августа 2026 17:46 (UTC +04:00) 117
SOCAR Çin İxrac-İdxal Bankı ilə əməkdaşlığı müzakirə edib

Avqustun 27-də SOCAR-ın prezidenti Rövşən Nəcəf Çin İxrac-İdxal Bankının vitse-prezidenti Vanq Kanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Day.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Görüşdə SOCAR ilə Çin şirkətləri, eləcə də maliyyə institutları arasında əlaqələrin uğurla inkişaf etdiyi, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm layihələrin icra olunduğu bildirilib.

Söhbət zamanı SOCAR-ın Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda həyata keçirdiyi, həmçinin perspektivdə nəzərdə tutulan layihələr barədə məlumat verilib. Çin hökumətinin maliyyə institutu kimi fəaliyyət göstərən bankın xarici investisiyaların və beynəlxalq iqtisadi əməkdaşlığın dəstəklənməsi üzrə icra etdiyi layihələrə dair məlumat təqdim olunub.

Tərəflər enerji sektorunun müxtəlif istiqamətlərində, o cümlədən emal sənayesi sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar.

  • SOCAR Çin İxrac-İdxal Bankı ilə əməkdaşlığı müzakirə edib
  • SOCAR Çin İxrac-İdxal Bankı ilə əməkdaşlığı müzakirə edib
  • SOCAR Çin İxrac-İdxal Bankı ilə əməkdaşlığı müzakirə edib
  • SOCAR Çin İxrac-İdxal Bankı ilə əməkdaşlığı müzakirə edib
  • SOCAR Çin İxrac-İdxal Bankı ilə əməkdaşlığı müzakirə edib
  • SOCAR Çin İxrac-İdxal Bankı ilə əməkdaşlığı müzakirə edib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости