Ofisdə ən çox bakteriya toplanan yerlər açıqlandı
İnfeksionist Mariyat Muxinanın sözlərinə görə, ofislərdə telefonlar, kompüter klaviaturaları, qapı tutacaqları və lift düymələri çoxsaylı mikroorqanizmlərin toplandığı səthlər sırasındadır. Xüsusilə iş masasının arxasında yemək yeyildikdə kompüter avadanlıqlarında çirk və mikroorqanizmlər arta bilər.
Day.Az xəbər verir ki, mütəxəssis kondisioner sistemləri və hava nəmləndiricilərinə də diqqət yetirməyi tövsiyə edir. Çirkli filtrlərdə kif göbələkləri və bəzi bakteriyalar çoxala, hava axını isə onları otağa yaya bilər.
Bu səbəbdən ofisdə telefon, klaviatura, masa və digər tez-tez toxunulan səthlərin mütəmadi təmizlənməsi, həmçinin kondisioner və nəmləndiricilərin filtrlərinin vaxtında dəyişdirilməsi vacibdir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре