Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir
İngiltərədə 11-24 yaş arasında 4 mindən çox gəncin iştirakı ilə aparılan araşdırmaya görə, iştirakçıların 87 faizi süni intellekt alətlərindən aktiv istifadə edir. Onların 47 faizi məlumatların doğruluğunu yoxlayarkən insandan daha çox süni intellektə müraciət etdiyini bildirib.
Day.Az xəbər verir ki, araşdırmada orta məktəb şagirdlərinin 63 faizinin ev tapşırıqlarında, 77 faizinin isə çətin mövzuları anlamaq üçün süni intellektdən istifadə etdiyi müəyyənləşib. İştirakçıların 42 faizi süni intellektin məktəb təhsilinin əhəmiyyətini azaltdığını düşünür.
Hesabat müəllifləri məktəb və universitetlərin süni intellektin geniş istifadəsinə kifayət qədər uyğunlaşmadığını qeyd ediblər. Onlar hökumətə Təhsil Nazirliyində xüsusi süni intellekt bölməsinin yaradılması və 100 məktəbi əhatə edən milli süni intellekt şəbəkəsinin qurulması da daxil olmaqla, 10 maddəlik fəaliyyət planı hazırlamağı təklif ediblər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре