https://news.day.az/azerinews/1863037.html Hindistanda leysan yağışlar nəticəsində 56 nəfər ölüb Güclü yağışlar Hindistanın şimalındakı Uttar-Pradeş ştatında sentyabrın 25-26-da azı 56 nəfərin ölümünə, daha 46 nəfərin isə xəsarət almasına səbəb olub. Bu barədə "The Times of India" qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, ölənlərdən 7-si Sitapur şəhərinin, 5-i isə Lakximpur-Xeri, Bahraich və Balrampur şəhərlərinin sakinləri olub.

Hindistanda leysan yağışlar nəticəsində 56 nəfər ölüb

Azərbaycanca, 27 сентября 2026 16:21 (UTC +04:00) 182
Hindistanda leysan yağışlar nəticəsində 56 nəfər ölüb

Güclü yağışlar Hindistanın şimalındakı Uttar-Pradeş ştatında sentyabrın 25-26-da azı 56 nəfərin ölümünə, daha 46 nəfərin isə xəsarət almasına səbəb olub.

Bu barədə "The Times of India" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, ölənlərdən 7-si Sitapur şəhərinin, 5-i isə Lakximpur-Xeri, Bahraich və Balrampur şəhərlərinin sakinləri olub. Ayodhya və Goraxpur şəhərlərinin hər birində isə 4 nəfər həyatını itirib.

Güclü yağışlar səbəbindən ştatda 1 000-dən çox ev dağılıb. Əlverişsiz hava şəraiti mal-qaranın tələf olmasına və əkin sahələrinə ziyan dəyməsinə də səbəb olub. Uttar-Pradeşin əksər rayonlarında yağıntının həcmi normanın 775 faizini təşkil edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости