https://news.day.az/azerinews/875323.html Şimali Qafqazda dəhşətli uçqun: 7 nəfər həlak oldu - VİDEO

Şimali Qafqazda dəhşətli uçqun: 7 nəfər həlak oldu - VİDEO

Azərbaycanca, 6 марта 2017 18:16 (UTC +04:00) 809
Şimali Qafqazda dəhşətli uçqun: 7 nəfər həlak oldu

Day.Az представляет новость на азербайджанском языке

Kabarda-Balkardakı Çeqet dağında qar uçqunu nəticəsində 7 nəfər həlak olub.

Day.Az İtar-TASS-a istinadən bildirir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin yetkilisi Kantemir Berovun dediyinə görə, uçqunun altından cəsədlər çıxarılıb.

Cəsədləri tapılanlar 29 yaşlı Vladimir Şanin və onun həyat yoldaşı, 25 yaşlı Yana Şaninadır.  Uçqunun digər qurbanları 27 yaşlı Nina Sobol, 34 yaşlı Aleksandr İvanov və Nijni Novqorod sakini 30 yaşlı Oksana Sannikovadır. Həlak olmuş iki nəfərin şəxsiyyəti hələlik müəyyənləşdirilməyib.

Vladimir və Yana Şanina bu yaxınlarda ailə qurmuşdular.

Xilasetmə və axtarış işlərində Rusiya FHN-nin 49 əməkdaşı iştirak edib.

Uçqun Çeqet dağının xizəkçiliyin yasaqlandığı yamacında, 3400 metr yüksəklikdə, "Şimal Sirki" deyilən yerdə  başlanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Dagda faciə

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости