"Mənə çətindir, insan nə qədər susar" - Zülfiyyə
Day.Az представляет новость на азербайджанском языке
"Susmaq mənə çətindir. Arzu edirəm ki, bundan sonra da məni hövsələdən çıxarmasınlar".
Day.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri xalq artisti Zülfiyyə Xanbabayeva "Asan radio"da qonaq olan zaman deyib.
Müğənni heç vaxt qalmaqalda adının hallanmamasından danışıb:
"Bu qeyri-səmimilik yox, tərbiyədir. Düzdür, mənə çətindir, insan nə qədər susar? Amma mən buna öyrəşdim. Bir problem varsa, onu efirdən kənarda həll etmək lazımdır. Mən bu yolu seçdim, bu cür də davam edirəm".
Xanbabayeva şou-biznesdə hökm sürən durğunluqdan söz açıb:
Z.Xanbabayeva sosial şəbəkə istifadəçisi olmasından danışıb və aparıcı Emin Musəvinin "Evdə də hər şeyə nəzarət edirsiniz" sualına belə cavab verib:
"Sosial şəbəkədə varam və profilimə özüm nəzarət edirəm. Yazılan hər sözü, qoyulan hər şəkli özüm edirəm. Mən hər yerdə beləyəm, evdə də nəzarət edirəm. Evdəkilər artıq alışıblar buna. Nəzarət məndə olmalıdır".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре