Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

San-Marino Respublikasının Kapitan-Regentləri Alessandro Mançini və Qratsia Zafferanidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Day.Az-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümü - Respublika Günü münasibətilə San-Marino xalqı adından və şəxsən öz adımızdan Sizə və dost Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımızı bildirir, xoşbəxtlik arzulayır, Azərbaycan xalqına isə əmin-amanlıq, inkişaf və firavanlıq diləyirik".

X X X

Bruneyin Sultanı Hacı Həssənal Bolkiahdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Day.Az-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Əs-səlamu aleykum va rahmatullahi va barakatuhu.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Ölkələrimiz, xalqlarımız arasındakı səmimi dostluq, əməkdaşlıq münasibətlərini çox yüksək qiymətləndirir və ümid edirəm ki, ikitərəfli və çoxtərəfli əlaqələrimiz xüsusən də Sizin Qoşulmama Hərəkatına sədrliyiniz dövründə daha da dərinləşəcəkdir.

Sizə ən dərin ehtiramımı və xoş arzularımı çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq diləyirəm. Ramazan bayramınızı təbrik edirəm.

Vəssalamu aleykum va rahmatullahi va barakatuhu".