https://news.day.az/azerinews_politics/1292854.html Azərbaycan universitetlərinin livanlı məzunları Prezident İlham Əliyevi təbrik ediblər

Azərbaycan universitetlərinin livanlı məzunları Prezident İlham Əliyevi təbrik ediblər

Siyasət, 25 ноября 2020 18:30 (UTC +04:00) 757
Azərbaycan universitetlərinin livanlı məzunları Prezident İlham Əliyevi təbrik ediblər

Azərbaycan universitetlərinin livanlı məzunlarından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin məzunu olmuş livanlı həkimlər və mühəndislər adından Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını torpaqlarınızın Ermənistan işğalından azad edilməsi ilə nəticələnən bu tarixi və böyük Qələbə münasibətilə təbrik edirəm.

Sizin qətiyyətiniz və əzmkarlığınız, rəşadətli ordunuzun qəhrəmanlıqları və Azərbaycan xalqının Qarabağın azad edilməsi istiqamətində səylərinizi yekdilliklə dəstəkləməsi bu böyük Qələbəyə yol açdı.

Biz - Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin livanlı məzunları bu böyük nailiyyət münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, Allahdan Zati-alinizə və böyük Azərbaycan xalqına davamlı tərəqqi və nailiyyətlər diləyirik".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости