Bakının bir sıra küçə və prospektlərində tıxac yaranıb

Bakının bir sıra küçə və prospektlərində tıxac yaranıb.

Day.Az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sosial şəbəkədə məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

3. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;

4. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;

5. "20 Yanvar" dairəsində;

6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

7. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

9. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

10. Bakıxanov küçəsi, "Dədə Qorqud" parkı istiqamətində;

11. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

12. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);

13. Babək prospekti, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.