Zaqatala rayonunda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib Day.Az представляет статью на азербайджанском языке.

Zaqatala rayonunda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib. 3 nəfər xəsarət alıb.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Tala kəndində qeydə alınıb. Yuxarı Tala kənd sakini 1995-ci il təvəllüdlü Nəzərov Abdulkərim Cuma oğlu, atası Nəzərov Cuma Abdulkərim oğluna məxsus "Opel Vektra" markalı, 50-BZ-629 dövlət nömrə nişanlı avtomobillə Aşağı Tala sakinləri 1994-cü il təvəllüdlü Mirzəyeva Ramilə Məhərrəm qızını, 1964-cü il təvəllüdlü Mirzəyeva Gülgəz Zakir qızını, və 1964-cü il təvəllüdlü Ömərova Sevil Ömər qızını vurub.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarəti alan piyadalar Təcili Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər hər 3 xəstənin vəziyyətini orta stabil qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.