https://news.day.az/society/476223.html
                    İsmayıllıda Mercedes dərəyə yuvarlandı: 1 ölü, 1 yaralı
                    
                                            
                    
                    
                        
                            
                                
                            
                                                                     
                                
                                
                                    
                                    
                                
                                                                
APA-nın məlumatına görə, hadisə ötən gecə İsmayıllı-Mollaisaqlı yolunda baş verib. Göyçay rayon sakini, 1968-ci il təvəllüdlü Soltanov Azər Xəlil oğlunun idarə etdiyi 99 CP 498 dövlət nömrə nişanlı "Mercedes" markalı minik maşını yolun döngəli hissəsində idarəetmədən çıxaraq 10 metr dərinliyi olan dərəyə aşıb. Hadisə nəticəsində sürücü Azər Soltanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Onun sərnişini, 1974-cü il təvəllüdlü Rəhman Nəriman oğlu Qəribov aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
                            
                            
    
                            
                            
                                
                            
                                
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                        
                    
                                            
                            
                            
                        
                    
                                                                        
                                            
                                                                                                                                                
                                            
                            
                                
                            
                            
                                
                            
                            
                                
                            
                        
                    
                                            
                    
                                    
            İsmayıllıda Mercedes dərəyə yuvarlandı: 1 ölü, 1 yaralı
 
                                
                                Day.Az представляет новость на азербайджанском языке.
İsmayıllı rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.APA-nın məlumatına görə, hadisə ötən gecə İsmayıllı-Mollaisaqlı yolunda baş verib. Göyçay rayon sakini, 1968-ci il təvəllüdlü Soltanov Azər Xəlil oğlunun idarə etdiyi 99 CP 498 dövlət nömrə nişanlı "Mercedes" markalı minik maşını yolun döngəli hissəsində idarəetmədən çıxaraq 10 metr dərinliyi olan dərəyə aşıb. Hadisə nəticəsində sürücü Azər Soltanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Onun sərnişini, 1974-cü il təvəllüdlü Rəhman Nəriman oğlu Qəribov aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Читать Day.Az в:
                                
                            Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре
