https://news.day.az/azerinews/751756.html Bakıda faciə: qadınların başına boru düşdü, biri yerində keçindi – YENİLƏNİB

Bakıda faciə: qadınların başına boru düşdü, biri yerində keçindi – YENİLƏNİB

Azərbaycanca, 21 февраля 2016 23:02 (UTC +04:00) 25 549
Bakıda faciə:

Day.Az представляет новость на азербайджанском языке

23:02

Bu gün Bakının mərkəzində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, Parlament prospekti, 501-ci məhəllədə, 20 nömrəli məktəbin yaxınlığında səki ilə piyada hərəkət edən 2 qadının üstünə hündürlükdən dəmir boru düşüb. Dəmir boru başına düşən 1945-ci il təvəllüdlü Teyyubova Rühəngiz Məhəmməd qızı hadisə yerindəcə keçinib. 1939-cu il təvəllüdlü Əmirova Roza Məhəmməd qızı isə xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.
 

-----------
22:07

Bu gün Bakıda bədbəxt hadisə baş verib.

Ucnoqta.az-ın məlumatına görə, Yasamal rayonu ərazisində 20 nömrəli məktəbin yeni tikilən binasından düşən dəmir boru bir nəfərin ölümünə, digərinin yaralanmasına səbəb olub. Qadınlardan birinin başı əzilib və o, qanitirmədən yerindəcə keçinib.

Digər qadın isə ağır yaralanıb. Onların hər ikisinin 70 yaşlarında olduğu bildirilir. Əraziyə gələn polis və təcili yardım həkimləri yaralı qadını xəstəxənaya aparıblar.

Onların kimliyi barədə hələlik məlumat yoxdur. Hüquq-mühafiz orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости